Sin sülaləsi
Sin sülaləsi — Çjou sülaləsindən sonra, Han sülaləsindən əvvəl gələn bütöv Çin imperiyasının e.ə. 221 – e.ə. 206-cı illərdə hakim sülaləsi hansı ki, ilk Çin imperiyasına hökmranlıq etmişdi.
Hunlara və digər təhlükələrə qarşı Böyük Çin səddini tikdirmişdir (e.ə 214). Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Eramızdan əvvəl 221-ci ildə Sin xanədanının ilk imperatoru Sin Şi Xuandi Döyüşən çarlıqlar dövründəki müstəqil dövlətləri vahid Sin süaləsi ətrafında birləşdirdi. Bu Çin tarixindəki ilk çox etnik qruplu, mərkəzi feodal dövlət idi.